Xəbər lenti

Danimarkanın "Kopenhagen" klubunun "Qarabağ"la keçirəcəyi futbol üzrə Çempionlar Liqasının (ÇL) ilk “pley-off” matçı üçün Bakıya səfər planı və heyəti müəyyənləşib. 

“Report”un paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkə çempionunu gətirən təyyarə Bakı vaxtı ilə saat 10:30-da yola düşəcək və 14:25-də Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edəcək.

Saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda komandanın mətbuat konfransı və açıq məşqi olacaq. ÇL-in III təsnifat mərhələsində Makedoniya “Vardar”ı ilə ilk oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Yan Qrequş Bakıya gətirilməyəcək. Əvəzində Danimarka çempionatının V turunda “Horsens”lə görüşdə zədələnən Yussef Tutu heyətdə yer alıb.

Ümumilikdə, "Kopenhagen"in Stole Solbakken Bakıya 20 futbolçu gətirəcək. Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 7-si yarımmüdafiəçi, 4-ü isə hücumçudur. Heyətdə danimarkalılardan əlavə, 3 isveçli, 2 serbiyalı, eləcə də çexiyalı, sloveniyalı, paraqvaylı və kiprli legionerlər yer alıb.

Qapıçı: 1. Stefan Andersen, 25. Robin Olsen (İsveç), 41. Kim Kristensen

Müdafiəçilər: 3. Pyer Benqtsson (İsveç), 15. Mikael Antonsson (İsveç), 18. Mads Rörslev, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner (Çexiya)

Yarımmüdafiəçilər: 6. Uilyam Kvist, 7. Benjamin Verbiç (Sloveniya), 8. Uroş Matiç (Serbiya), 14. Nikolay Tomsen, 17. Kasper Kusk, 24. Yussef Tutu, 32. Danni Amankva

Hücumçular: 9. Federiko Santander (Paraqvay), 11. Andriya Pavloviç (Serbiya), 28. Pyeros Sotiryu (Kipr), 40. Karlo Holse

Qeyd edək ki, avqustun 15-də Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" matçı saat 20:00-da başlanacaq. 

 




Ana səhifəyə qayıt        Baxış: 849          Tarix: 14-08-2017, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma