Xəbər lenti

Türkiyənin "Beşiktaş" klubu Bakıya gələcək. 

"Report"un "Milliyet"ə istinadən verdiyi məlumata görə, səfər milli komandaların oyunları ilə əlaqədar veriləcək fasilə müddətində gerçəkləşəcək.

"Qara qartallar"ın Azərbaycan komandalarından biri ilə yoldaşlıq görüşü keçirəcəyi bildirilir. Qarşılaşma milli komandaların oyunları ilə əlaqədar veriləcək fasilə müddətində nəzərdə tutulub. Yığmaların matçları 1 - 6 sentyabrda olacaq.

Qeyd edək ki, xəbərdə "Beşiktaş"ın Azərbaycanın hansı komandası ilə qarşılaşacağı göstərilmir. İki ay əvvəl klub prezidenti Fikrət Orman Asiya turu çərçivəsində Bakıya da səfər edəcəklərini açıqlayıb. Ötən həftə isə "Sabah" qəzeti sentyabrın 2-də və ya 3-də "Qəbələ"nin "Qalatasaray"la yoldaşlıq görüşü keçirəcəyini yazıb. 




Ana səhifəyə qayıt        Baxış: 751          Tarix: 23-08-2017, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma