Xəbər lenti

 Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində İpək Yoluna həsr olunan beynəlxalq konfrans keçirilib. Ovqat.com xəbər verir ki, enerji təhlükəsizliyi məsələlərinə toxunulan tədbirdə Azərbaycanın Xəzər bölgəsindəki strateji əhəmiyyətindən, regionda aparıcı rolundan və ölkə rəhbərliyinin regional inteqrasiya proseslərinin dəstəklənməsinə yönələn siyasətindən danışılıb. Qeyd olunub ki, hazırda Azərbaycan öz iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazda və MDB ölkələri arasında lider dövlətdir. Bu isə ölkə rəhbərliyinin apardığı uğurlu siyasətin nəticəsidir. Konfransda iki ölkə arasında inkişaf edən əlaqələrdən də danışılıb. Tədbirin  yekunu olaraq Türkiyə, Pakistan və Rumıniyalı diplomatlar, bir sıra amerikalı analitiklər Azərbaycan və İpək yolu mövzularında məruzələrlə çıxış ediblər.




Ana səhifəyə qayıt        Baxış: 804          Tarix: 1-05-2017, 07:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma