Xəbər lenti

Biz Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbərliyi ilə mütəmadi əlaqə saxlayırıq. Vəsaitlərin geri götürülməsi ilə bağlı məhdudiyyət yoxdur. Əhali, kim ki, öz vəsaitini götürmək istəyir, problem yoxdur".

Ovqat.com bildirir ki, "Report"un verdiyi xəbərə görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında ABB ilə bağlı hazırkı durumu şərh edərkən bildirib.

"Bankın rəhbərliyi tərəfindən də izahatlar verilir. Əhalinin əmanələri ilə bağlı heç bir problem yoxdur. Keçən il əmanətlərin sığortalanması məbləğinə tətbiq olunan məhdudiyyətlər də aradan qaldırılıb. Bütün əmanətlər, o cümlədən dövlət bankı olan ABB-də sığortalanır", - deyə A.Bayramov vurğulayıb.

"Bəyənatlar da verilib ki, dondurulma sırf xarici kreditlərlə bağlıdır və bu məsələlərlə bağlı xarici investorlarla müzakirələr gedir. Əhalinin əmanətləri ilə bağlı proseslər öz qaydasında gedir", - deyə Nazirlik rəsmisi əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 914          Tarix: 25-05-2017, 13:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma