Xəbər lenti

 

Zaur Qaraisayev  “AFB Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinin icrasına başlayıb.

Ovqat.com bildirir ki, Banker.az-a daxil olan məlumata görə, 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” fakültəsini bitirmiş Z.Qaraisayev bank sektorunda 1998-ci ildən fəaliyyət göstərir. 2002 – 2017-ci illərdə “Bank of Baku” ASC-də müxtəlif rəhbər vəzifələrdə, o cümlədən 2010-cü ildən İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2017-ci ilin yanvar ayından “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müşaviri olub.

28 noyabr 2008-ci il tarixində Azərbaycan Mərkəzi Bankının 253 saylı lisenziyasını almış “AFB Bank” ASC 2009-cu ilin fevralından fəaliyyətdədir. “AFB Bank” ASC-nin xidmət şəbəkəsi mərkəzi ofisdən başqa 10 filialı, 3 şöbəni, 1 mübadilə şöbəsini və 50 ATM-i özündə birləşdirir.




Ana səhifəyə qayıt        Baxış: 1 383          Tarix: 2-08-2017, 19:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma