Xəbər lenti

  Hadisə Yasamal rayonunda qeydə alınıb.

 Ovqat.com "Report"-a istinadən verir ki, Firudin Ağayev küçəsində fəaliyyət göstərən kafelərdən birində əlbəyaxa dava olub. Nəticədə 34 yaşlı Yevgeniy Karol Anatoliyeviç bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 1 029          Tarix: 15-05-2017, 11:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma