Xəbər lenti

   
Suriyanın İdilib şəhərinə atılan sarin qazı bombası haqqında çox az məlumatlara mailikik. 
Ovqat.com-un oxuculara təqdim etdiyi bu yazı 1993-cü ildə BMT-nin kütləvi qırğın silahı kimi qadağan etdiyi sarin qazı bombası haqqındadır. 
Buyurun, islam coğrafiyasında tez-tez yaşanan sarin fəlakətini daha dərindən anlamaq üçün bu yazını oxuyun!



 

1938-ci ildə alman kimyaçısı Gerhad Schrader tərəfindən olan qaz çox kiçik bir damlasıyla belə canlıları yox edə bilir. Faşist Almaniyasında qırğınlarda istifadə sarin qazı ən amansız döyüş silahı kimi qəbul olunurdu.
1950-ci illərdə ABŞ və SSRİ tərəfindən də istehsal olunmağa başlayan sarin qazı 1991-ci ildə Birləşmiş Millətlər Təşkilatının kütləvi qırğın silahları siyahısına salınıb. 1993-cü ildə qəbul edilən Kimyəvi Silahlar Konvensiyası ilə qadağan olunub.
Sarin qazından Yaxın Şərqdə dəfələrlə istifadə edilib. Ondan ilk istifadə edən isə Səddam Hüseyn olub. 1988-ci ildə Səddam Hüseyn iqtidarı tərəfindən Hələbcədən kürdlərə qarşı istifadə edilən sarin qazı 5 minə yaxın insanın ölümünə yol açmışdı. 1980-88-ci illər arasındakı İran-İraq müharibəsində də sarin qazı müsəlmanların canını alan silaha çevrilib.
Həm buxarı, həm mayesi rəngsiz olan sarin son dərəcə təsirli və öldürücü qazdır. Məhz bu səbəbdən də sezilməsi və diaqnozu çətindir.

 

Sarin qazının insan bədənində təsirləri:
Burun axması, sinənin sıxılması, görüşün zəifləməsi, nəfəs darlığı, həddindən artıq tərləmə, əzələlərin sıxılması, qusma, Göz bəbəklərinin kiçilməsi və fikirlərdə bulanıqlıq, axsama, çaşqınlıq, keylik, yaddaş itkisi, çırpınma, koma vəziyyəti, nəfəsin kəsilməsi və nəhayət, ölüm!
1995-ci ildə Tokio metrosuna sarin qazıyla təşkil olunan terror hücumunda qazın təsirində qalan bəzi kəslərdə burun və ağız qanaması simptomları da görülmüşdür.
Öldürücü dozada adama bulaşanda həyatla vidalaşmaq sadəcə 1-10 dəqiqə içində baş verir.

İndiyədək sarin qazı silahının olunduğu dövlətlər:
 
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 1 703          Tarix: 4-04-2017, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma