Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
Piramidaların gizlinləri
Üzərindən min illərlə zaman keçməsinə baxmayaraq, piramidalar hələ də öz sirrini qoruyub saxlamaqdadır. Bu sirlərdən Azərbaycan oxucusu üçün maraqlı ola biləcək bəzi tərəfləri - piramidaların gizlinlərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırdıq. Bu bilgilərin maraqlı ola biləcəyini nəzərə alıb Ovqat.az saytının oxucularına təqdim etməyi gərəkli hesab etdik:
- Piramida kimin adına tikilibsə, onun uyuduğu otağa yalnız həmin şəxsin doğulduğu və öldüyü gündə olmaqla, ildə iki dəfə Günəş işığı düşür.
- Mumiyaları üzə çıxaran ilk 12 nəfər araşdırmaçının hər biri xərçəng xəstəliyindən ölüb.
- Piramidanın içərisində; radar, sonar və digər bu tipli cihazlar işləmir.
- Burada süd bir neçə gün xarab olmadan qalır.
- Bitkilər çöldə olduğundan daha sürətli boy atır.
- Kəsik, yanıq, çapıq və digər yaralar burada daha tez sağalır.
- Piramidaların içində hələ də araşdırılması, öyrənilməsi mümkün olmayan otaqlar var. Bəzi otaqları öyrənməyə cəhd edən araşdırmaçılardan yoxa çıxanları oldu.
- Böyük piramida dünyanın quru hissəsinin mərkəzində yerləşir.
- Piramida böyük Günəş saatıdır. Oktyabrın ortası və martın əvvəllərində gölgələrə əsasən ilin uzunluğunu müəyyən edərdilər.
- Böyük piramidanın üstü Şimal qütbünü, çevrəsi ekvatoru simvolizə edir.
- Qahirə yaxınlığında yerləşən Gizədə olan piramidalar miladdan 3 min il əvvəl inşa edilmişdir. Bunlar; Xeops, Kefren və Mikerinos piramidalarıdır. Bu piramidalar öz adlarını onları inşa etdirən fironların adlarından almışdır.
- Gizə piramidaları dünyanın ən böyük piramidalarıdır. Bunlar da daxil olmaqla Misirdə irili-xırdalı yüzlərlə piramida mövcuddur. Gizədə olan piramidaların digər piramidalardan əsas fərqləri budur ki, burda olan piramidaların içində heç bir yazı yoxdur və onların nə cür inşa edildikləri indiyə qədər gizlin olaraq qalır.
- Xeopsun oğlu Kefren üçün tikilən piramidanın hündürlüyü 136 metrdir.
- Piramidalarla bağlı müxtəlif riyazi tapıntılar içində ən diqqət çəkəni budur: Xeops piramidasının hündürlüyünü bir milyarda vuranda Yerlə Günəş arasındakı məsafəyə uyğun gəlir.
- Piramidalar hələ də öz inşa sirlərini qoruyub saxlamaqdadır. İşçilərin fövqəladə çalışmaları ilə gündə 10 kubmetr daşı daş üstə qoya biləcəklərini qəbul etsək, Xeops piramidalarında mövcud olan 2 milyon 500 kubmetr daşın üst- üstə qoyulması 250 min günə başa gələ bilir. Bu isə 650 ildən artıq zaman kəsimi deməkdir.
- Gizə piramidaları arasında ən kiçiyi olan Mikerinos piramidasının hündürlüyü 62 metrdur. Bu piramidanı firon Kefre oğlu üçün inşa etdirmişdi.
- 70 metr uzunluğunda və 30 metr yüksəkliyində olan Sfinks, 14-cü yüzillikdə Məmlüklər tərəfindən topçu qüvvələrin təlim hədəfi kimi istifadə olnmuşdu. Bu səbəbdən bu tarixi abidə ciddi ziyan görmüşdü.
- Miladdan əvvəl 2520-ci ildə Xeopsun oğlu Kefrenin məzar kompleksi üçün hazırlanmış Sfinks əski Misir dilində “Sezp-Anhe” sözündən götürülüb. Anlamı “yaşayan, hər zaman var olan görüntü, nişanə” deməkdir. Tarix boyu Nil çayı yoluyla gələnləri ilk olaraq bu abidə qarşılamışdır.
- Gizədəki piramidalar Pifaqor üçbucağı formasındadır. Onların yanlarının bir-birinə nisbəti 3x5-dir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar