Xəbər lenti

 
Hazırda həbsdə olan sabiq müstəntiq Rüfət Səfərov vəkili Bəhruz Bayramov vasitəsilə anası Tahirə xanımı doğum günü münasibətilə təbrik edib. 

Ovqat.com Moderator.az-a istinadən xəbər verir ki, Rüfət Səfərovun anasına ünvanladığı təbrikdə deyilir: 

"Əziz Anam! 

Oğlunun günahsız yerə məhkumluq həyatı yaşamasına görə üzüntülüsən. Amma üzülməyə dəyməz. Həbs həyatı yaşayan əksər insanların anasından Sənin bir fərqin var. Oğlun hansısa cinayət əməlinə görə həbs həyatı yaşamır. Əminəm ki, övladları cinayət törətdiyinə görə ictimai qınaqdan çəkinən analardan fərqlisən. Hər yerdə başın ucadır. Çünki, oğlun haqq-ədalət uğrunda həbsdədir.
Səni təbrik edirəm! Dözüm, dəyanət arzu edirəm!

Oğlun Rüfət
9 saylı cəzaçəkmə müəssisəsi"



Ana səhifəyə qayıt        Baxış: 1 027          Tarix: 14-04-2017, 14:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma