Xəbər lenti

  

Bir müddət əvvəl Prezident köməkçisi Əli Həsənov mətbuata açıqlama verərək, bütün vətənsevərləri 2015-cü ildə “Qafqaz triosu” filmini çəkmiş Rüstəm İbrahimbəyova qarşı cihada səslədi. Beləcə, indiyədək davam edən amansız yarış başladı. Əlinə qələm alan bütün “vətənsevər”lər dünyaca tanınmış kinorejissorun üstünə töküldü, ən yağlı söyüş yazmaq qabiliyyətini nümayiş etdirdilər.

“Vətənsevərlərin”  kinonun çəkilməsindən 3 il sonra, özü də saraydan gələn əmrin ardından vəcdə gəlməsi mənə bir vaxtlar yazdığım “Vətən sevgisi” şeirimdən bir parçanı xatırlatdı:

“Kimisi üçün səni sevmək

Bir neft buruğudur.

Kimisi üçün isə

Ağa buyruğudur”.

Bəli, Azərbaycan “patriotları” məhz bu vəcdə gəlişlərilə vətən sevgisinin onlar üçün bir ağa buyruğu olduğunu sübuta yetirdilər. Mən də onlara həsr etdiyim acizanə əsərimi öz sahiblərinə ünvanlamağa qərar verdim.

Heydər Oğuz

 

 

Vətən sevgisi

 

Hər kəs səni

sevdi sevməyinə, Vətən!

Birisi sənə

Sahibdir - deyə, sevdi.

Birisi sahibindən

Ayıbdır - deyə, sevdi

Birisi də çörəyini

Yeyibdir - deyə sevdi.

Hər kəs səni sevdi, Vətən!

Kimisi üçün səni sevmək

Bir neft buruğudur.

Kimisi üçün isə

Ağa buyruğudur.

Bəzən quyruqlu yalanları

Bəzəyən naxışdır - Vətən.

Bəzən hər damlası

Qızıl olan yağışdır  - Vətən.

Bəzənsə varlı süfrəsində bir tikə kabab,

Yağlı dolmadı.

Kasıb həyətindəsə

Son ümid yeri kimi

Ağac altına düşüb

Çürüyən almadı.

Hər kəs səni

Bir səbəbə görə sevdi, Vətən!

Alma kimi, buruq kimi,

Hətta yağlı quyruq kimi,

Bircə səni Vətən kimi

sevən olmadı.




Ana səhifəyə qayıt        Baxış: 2 161          Tarix: 30-05-2018, 09:14      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent