Xəbər lenti
 


“Əski Türkiyə 16 apreldə ölmüşdür. Cənazəsi 17 aprel bazarertəsi günü Anıtqəbirdə qılınacaq cənazə namazının ardından Buckingham sarayı, ailə qəbristanlığında torpağa veriləcəkdir”. 
Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyə hakimiyyətinə yaxınlığı ilə seçilən “Yeni akit” qəzetinin Xəbər departamentinin rəhbəri Murat Alan özünün Twitter səhifəsində paylaşıb.
AKP-nin ideoloji xəttini dəstəkləyən bir mətbu orqanın aparıcı şəxsinin “vəfat elanı”nda adını çəkdiyi Anıtqəbir Atatürkün movzeleyinin adıdır. Referendumun nəticəsinin bu cür qiymətləndirilməsi Türkiyə ictimaiyyətinin milli həmrəyliyini parçalaya biləcəyindən ehtiyat edilir.
Maraqlıdır ki, referendumdan əvvəl də bir çox AKP yetkililəri öz rəqiblərinə 16 apreldən sonra hesablaşacaqlarını bildirir, bəziləri hətta “Bəli” nəticəsi çıxmasa, vətəndaş müharibəsi çıxacağıyla xalqı qorxudurdu.
Türkiyədə keçirilən referendumun açıqlanan rəsmi nəticələri də “Evet”çilərin rəqiblərini böyük üstünlüklə geridə qoymadığını, hər iki tərəfin yarı-yarıya səs aldıqlarını göstərir. Müxalif qüvvələrin referendumun nəticələrinin saxtalaşdırılması iddialarını nəzərə almasaq, rəsmi statistikanın həqiqət olduğunu düşünsək belə, bu rəqəm Türkiyə xalqının prezidentlik üsul-idarəsini rahatlıqla həzm edə bilməyəcəyindən xəbər verir. Bu cür milli həmrəyliyin haçalandığı bir məqamda radikal çıxışların və həssasiyyətə toxunan fikirlərin dilə gətirilməsi istər-istəməz qardaş ölkənin daxili hesablaşmalara sürüklənmək ehtimalını artırır.



Ana səhifəyə qayıt        Baxış: 1 074          Tarix: 16-04-2017, 22:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma