Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
“Xan Şeyhundaki hadisələ əlaqədar araşdırmaları Türkiyə deyil, Kimyəvi Silahların Qadağan olunması Təşkilatı (OPCW) aparmalıdır."
Ovqat.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Xanım diplomat keçirdiyi ənənəvi həftəlik mətbuat konfransında Türkiyə səhiyyə sistemini aşağılayan fikirlərlə kifayətlənməyib, hədəfə aldığı tərəfə ağıl verməyə, yol göstərməyə çalışıb.
“Sputnik”-in bildirdiyinə görə, Zaxarova Türkiyə Səhiyyə Nazirliyinə müəyyən tövsiyələrdə bulunaraq deyib: "Məncə Türkiyə Səhiyyə Nazirliyi, turizm mövsümü öncəsində dəniz sularının analizi, turizm bölgələri də daxil olmaqla, öz ərazilərində qida məhsullarının keyfiyyətini yoxlamaqla uğraşmalıdır".
Zaxarovanın bu sözləri Türkiyə-Rusiya əlaqələrinin hansı səviyyədə olduğunu bariz şəkildə ortaya qoyur.
Qeyd edək ki, bir müddət əvvəl iki dövlət arasında yaranan yaxın münasibətlər yenidən pozulmağa başlayıb. Xüsusilə ABŞ-ın yeni prezidenti Donald Trampın Suriya və İrana qarşı sərt sözləri Bəşər Əsədi istəməyən regional gücləri xeyli aktivləşdirib. Əzəl gündən “Bəşərsiz Suriya” devizini özünün Yaxın Şərq siyasətinin əsas prinsipinə çevirən Ankara da ABŞ-a meylləndiyindən iki dövlət arasında soyuq savaş rüzgarları əsir.
Sözsüz ki, münasibətlərin bu cür gərginləşməsində Moskvanın Suriya diktatoru Bəşər Əsədə himayədarlıq etməsinin də xüsusi rolu var. Suriyaya özünün Aralıq dənizindəki istinad nöqtəsi kimi baxan və beynəlxalq təcrid üzləşən Əsəd rejiminin ona sığınmasından istifadə edən Rusiya dünya dövlətinə çevrilmək niyyətindədir. Bu fərqli niyyətlər istər-istəməz iki qonşunu qarşı-qarşıya gətirir...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar