Xəbər lenti
 
"Siz özünüz heyvansınız deyə, hər kəsin sizin kimi olduğunu düşünmənizə ehtiyac yoxdur. Bəşər Əsəd suveren bir ölkənin dövlət başçısıdir və xalq tərəfindən seçilmişdir. Ona qiymət verəcək olan Suriya xalqıdır, Tramp yox".
Ovqat.com xəbər verir ki, bu təhqiramiz fikirləri Suriyanın Xarici İşlər nazirinin müavini Eyman Sosa “Sputnik”-ə açıqlamasında deyib.
Xatırladaq ki, “heyvan”lı təhqiramiz deyişməni başladan ABŞ prezidenti Donald Trampdır. O, “Fox Business” televiziyasında Mariya Bartiromonun proqramında Bəşər Əsədi heyvan adlandıraraq demişdi:
 "Əgər Rusiya işə girişməsəydi və bu heyvanı dəstəkləməsəydi, hazırda ortada heç bir problem olmazdı”.



Ana səhifəyə qayıt        Baxış: 1 334          Tarix: 14-04-2017, 18:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma