Xəbər lenti
 

İstedadlı qələm əhli, şair, publisist və yazar Faiq Balabəylinin yenicə çapdan çıxmış nəsr kitabı “Bayıldan Bayıra” geniş oxucu kütləsi arasında xeyli şan-şöhrət qazanıb. Təsadüfi deyil ki, müxtəlif yerlərdən Ovqat.com-un e-mail ünvanına həmin kitab haqqında xoş soraqlar gəlir.
Əlirza Həsrət imzasıyla redaksiyasımıza göndərilən bir məktubu gözəl üslub və anlatım tərzində yazıldığını nəzərə alıb oxucularla paylaşırıq.
Biz də kitab müəllifini ərsəyə gətirdiyi bu gözəl əsər münasibətinə təbrik edirik.
Qələmin tükənməsin, Faiq bəy!



 

Dənizçi-şair Faiq Balabəylinin rayonumuza aprel səfəri bizim üçün əlamətdar hadisə oldu. Onun Bayıldan Bayıra gətirdikləri bizi heyran eləmişdi.
Faiq Balabəyli bizim üçün doğma, əziz şəxsiyyətdir. Onun gözlərindəki aydınlıq, isti münasibəti, səsinin məlahəti adamı özünə elə bağlayır ki...
Şairin yenicə çapdan çıxmış "Bayıldan Bayıra" dedektif janrda yazılmış povest və hekayələr kitabı rayonda yaşayan qələm adamları arasında böyük müzakirəyə səbəb oldu. Əsərdə baş verən hadisələr müəllifin öz yaşantıları, öz müşahidələridir. Və belə gözəl bir əsərin yaranmasında təbii ki, şairin istedadı böyük rol oynayıb.
Neçə gündür ki, əlimizdən düşməyən bu maraqlı kitab, sevimli oxucuları üçün dənizçi-şair Faiq Balabəylinin "Bayıldan Bayıra" şair sovqatıdır
Faiq havasında, Faiq sevdasında yazılmış bu əsər hamının sevimli kitabı olacağına heç şübhəniz olmasın.
Uğurunuz mübarək, Dənizçi-şair Faiq BALABƏYLİ!
Əlirza HƏSRƏT



Ana səhifəyə qayıt        Baxış: 1 518          Tarix: 21-04-2017, 00:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma