Xəbər lenti

  

Quql korporasiyası səsli axtarış üçün 30 yeni dil əlavə edib.

Axar.az xəbər verir ki, səsli axtarışda yeni dillərin sırasına Azərbaycan, gürcü, erməni, hind, urdu və s. dillər daxil edilib. Hazırda Quqlun səsli axtarış sistemi 119 dili dəstəkləyir.

Bundan əlavə, Quql sisteminin ingilisdilli versiyasında istifadəçilər üçün səsli xidmət vasitəsilə emojiləri seçmək imkanı yaranıb.

Qeyd edək ki, Quql axtarış sistemində müxtəlif xalqların dillərinə xüsusi diqqət yetirilir. Süni intellekt mütəxəssisləri bu və ya digər dilin incəliklərini "öyrədirlər”.




Ana səhifəyə qayıt        Baxış: 753          Tarix: 18-08-2017, 07:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma