Xəbər lenti

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundaı" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacaqlarının altından və cihazlar panelinin içindən ümumilikdə 8000 ədəd "Winston" və ön oturacağının altından 1800 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 857          Tarix: 17-05-2017, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma