Xəbər lenti

 Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində 6 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Vüqar Əliyevin idarə etdiyi “VAZ 21015” markalı avtomobillə 1982-ci il təvəllüdlü, Goranboy rayonu, Qaradağlı kənd sakini Boris Mövlayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü, həmçinin “VAZ 2106”-da olan sərnişinlər, Qaradağlı kənd sakinləri, 1985-ci il təvəllüdlü Mövlayeva Sveta, 2006-ci il təvəllüdlü Mövlayeva Əfsanə, 2009-cu il təvəllüdlü Mövlayeva Aysel və 1985-ci il təvəllüdlü Cəfərov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Mövlayeva Əfsanə və Mövlayeva Ayselin vəziyyəti normal, digərlərininki orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır




Ana səhifəyə qayıt        Baxış: 1 031          Tarix: 4-06-2017, 23:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma