Xəbər lenti

İyunun 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 18-21° isti, gündüz  29-33° isti, Bakıda gecə  19-21° isti, gündüz  30-32° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  gecə 65-70 %, gündüz  45-50 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 21-26° isti olacağı gözlənilir.   

 




Ana səhifəyə qayıt        Baxış: 932          Tarix: 10-06-2017, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma