Xəbər lenti

Dünən Milli Məclisin növbədənkənar iclasında sonuncu məsələnin müzakirəsi zamanı kiçik insident yaşandığı barədə məlumat vermişdik. Bildirmişdik ki, vitse-spiker Bahar Muradova komitə sədri Hadi Rəcəblinin sözünü kəsərək, həmkarlarına xəbərdarlıq edib. Əsəbi halda “Kimin özəl söhbəti varsa çıxıb bayırda etsin. Burada eşitmək olmur ki, kim nə danışır?”- deyib.
Bu xəbər bəzi şəxlər tərəfindən yanlış anlaşılıb, vitse-spikerin Hadi Rəcəbliyə xəbərdarlıq etdiyi başa düşülüb. 
Moderator.az məsələyə aydınlıq gətirmək məqsədilə Milli Məclisdə dünən baş verən insident barəsində millət vəkili Hadı Rəcəblinin özündən soruşub. 
Hadı Rəcəbli bildirib ki, Bahar Muradova ona yox, zalda səs salan deputatlara xəbərdarlıq edib:
“Dünən mən mən tribunadan vacib və əhəmiyyətli bir qanunla bağlı məruzə edirdim. Bahar Muradova həmin vaxt mənə yox, zalda danışan deputatlara, Milli Məclisə qarşı hörmətsizlik edənlərə xəbərdarlıq etdi ki, qulaq asın. Dəqiq kimə dediyini isə bilmədim. Belə şeylər olur”. 
Millət vəkili deyib ki, Hadı Rəcəblinin 70 yaşı var və elə şərait yaratmaz ki, kimsə ona irad tutsun: 
“Heç zaman da mənə irad tutan olmayıb, tutan olsa, cavabını verərəm. Mən heç bir əsas vermərəm ki, kimsə mənə qarşı belə hərəkətə yol versin. Ancaq zalda özünü bilməyən adamlar var ki, hərəkətinə nəzarət edə bilmirlər və onlara hər zaman irad tuturlar və düz də edirlər. İrad tutulur, xəbərdarlıq edilir ki, harada olduqlarını unutmasınlar”. 

 




Ana səhifəyə qayıt        Baxış: 866          Tarix: 14-06-2017, 15:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma