Xəbər lenti

 "Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun işdən çıxarılması barədə yayılan məlumatlar yalandır".
Siam.az xəbər verir ki, bu açıqlamanı bizimyol.info saytının sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov deyib. O vurğulayıb ki, general-leytenant Əhməd Əhmədovun işdən çıxarılması və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi barədə məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, KİV-də Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri general-leytenant Əhməd Əhmədov vəzifədən çıxarılıb və ev dustaqlığına götürülməsi barədə məlumat dərc edilib. Məlumata görə, onun vəzifəsini hazırda daxili işlər naziri vəzifəsini hazırda müavini icra edir. Xəbərdə muxtar respublikanın polisində yoxlamalar aparıldığı da qeyd edilib. Qeyd edək ki, Əhməd Əhmədov Naxçıvanın Daxili İşlər Nazirliyinə 2000-ci ildən başçılıq edir. 
Siam.az




Ana səhifəyə qayıt        Baxış: 2 504          Tarix: 18-07-2017, 13:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma