Xəbər lenti
 Ağsu rayonunda ayı kənd sakinlərinə və mal-qaraya hücum edib.
 APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Dilman kəndi ərazisindəki taxıl sahəsində baş verib.
 Kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov özlərinə məxsus 4 baş iribuynuzlu heyvanı gecə saatlarında biçilmiş taxıl sahəsində otararkən qəflətən ayının hücumuna məruz qalıblar.
 Kənd sakinləri qaça bilsə də, ayı otlaqdakı iki inəyi parçalayıb, ikisini isə ağır yaralayıb.
 Hazırda yaralı heyvanlar baytar nəzarətindədir.
 Dağlıq ərazidə yerləşən Dilman kəndin sakinləri mal-qaranın tez-tez ayı, canavar, çaqqalların hücumuna məruz qaldığını bildiriblər.



Ana səhifəyə qayıt        Baxış: 927          Tarix: 18-07-2017, 18:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma