Xəbər lenti

 

Mingəçevir şəhərində azyaşlı üçüncü mərtəbədən yıxılıb.

Ovqat.com xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsi 3a saylı binada baş verib.

Belə ki, həmin binada 16 saylı mənzildə yaşayan 2015-ci il təvəllüdlü Ümid Məhərrəm oğlu Əliyev üçüncü mərtəbədən yerə yıxılıb. Azyaşlı xəstəxanaya çatdırılıb və hazırda uşaq şöbəsində müalicəsi davam etdirilir. Ümid Əliyevin vəziyyəti normal olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (report)




Ana səhifəyə qayıt        Baxış: 813          Tarix: 31-07-2017, 21:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma