Xəbər lenti

“Bu il ali məktəblər üçün 42 806 vakant yer təqdim olunub. Hətta ola bilər ki, müəyyən yerlər boş qalsın”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Ötən illə müqayisədə vakant yerlərin 2 faiz artdığını qeyd edən M.Abbaszadənin sözlərinə görə, I qrupda bu göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda demək olar eyni qalıb, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən 8 faiz artım var.

DİM sədri xatırladıb ki, avqustun 10-da ixtisas seçimi başa çatandan sonra xüsusi proqram təminatı vasitəsilə yerləşdirilmə aparılacaq: “Toplanan bala və ixtisas seçiminə görə nəticələr elan olunacaq. Bundan sonra boş qalan yerlər elan olunacaq. Bu da avqust ayının 15-dən sonra olacaq. Bunun üçün sənəd qəbulunun avqustun 15-dən 19-a kimi olmasını nəzərdə tutmuşuq. Nəticələri elan etdikdən sonra, avqustun 20-dən 30-dək ali məktəblərə qeydiyyat aparılacaq. I mərhələnin qeydiyyatı avqustun 15-dən 25-ə qədər aparılacaq”.  




Ana səhifəyə qayıt        Baxış: 930          Tarix: 1-08-2017, 11:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma