Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin iyulun 28‑də Zaqatala rayonunda vətəndaşlarla nəzərdə tutulan görüşün tarixi dəyişdirilib.
Ovqat.com xəbər verir ki, DİM-dən "Report"a verilən məlumata görə, vətəndaşların qəbulu avqustun 4-də saat 12:00-da Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.
Zaqatala rayonunda keçiriləcək qəbulda Balakən, Zaqatala, Qax, Şəki rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki regional bölməsinə (Ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 182) müraciət etmələri (əlaqə tel.: (024-244-66-14) xahiş olunur.
Bundan əlavə, Balakən, Zaqatala, Qax rayon Təhsil Şöbələrində avqustun 3-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Paylaş: