Xəbər lenti

2017-ci ilin iyul ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri iyun ayına nisbətən 0,1 faiz bahalaşıb. İlin 7 ayında ötən ilin müvafiq dövrünə nisbətən isə bahalaşma 14,0 faiz təşkil edib. 
Moderator.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin iyul ayında 2017-ci ilin iyun ayına nisbətdə ət məhsullarının qiyməti 1,2 faiz bahalaşıb. İllik müqayisədə artım 27,2 faiz olub.
Süd məhsulları, pendir və yumurtanın qiyməti cari ilin 7 ayında 2016-cı ilin yanvar-iyul aylarına nisbətən 10,7   faiz artıb. 
Meyvənin qiyməti iyul ayında iyun ayına nisbətən 2,2 faiz ucuzlaşıb. 2016-cı ilin yanvar-iyul aylarına nisbətən 19,4 faiz bahalaşıb. Tərəvəzin qiyməti isə cari ilin iyul ayında iyun ayı ilə müqayisədə 5,8 faiz azalıb. İllik əsasda 20,3 faiz bahalaşıb. 
Arağın qiyməti  illik əsasda 4,5 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 
7,5 faiz bahalaşıb. Qiyməti illik əsasda cüzi bahalaşan tütün məmulatları olub - 0,1 faiz.

 




Ana səhifəyə qayıt        Baxış: 552          Tarix: 15-08-2017, 16:26      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent