Xəbər lenti
 

ABŞ Prezidenti Donald Trampın qızı İvanka bir müddət əvvəl atasına müşavirlik etməsiylə əlaqədar ciddi tənqidə məruz qalmışdı. Hər kəs bunun sülalə hakimiyyətini ABŞ-a yayma ehtimalından danışmış və qlobal demokratik dəyərlərə zərbə vuracağından narahatlığını dilə gətirmişdi.
İvanka isə bütün bu tənqidlərə özünəməxsus arqumentlə cavab vermişdi. Onun sözlərindən belə çıxmışdı ki, nə olsun, Trampın qızıdır, İvanka atasına göstərdiyi müşavirlik xidməti müqabilində maaş almayacaq.
Ekspertlər bu fədakarlığın səbəbini anlaya bilməsələr də, ABŞ-ın məşhur media qurumlarının ortaya çıxartdığı bəzi həqiqətlər İvankanın “müftə hamballıq” arzusunun sirrinə kifayət qədər işıq tutur. Sən demə, İvanka xanım və onun həyat yoldaşı Jared Kushner, həqiqətən də, maaşa göz tikəcək qədər kasıb deyillər. Cütlyün Tramp imperatorluğundakı payı yüzmilyonlarla dollarla hesablanır.
“New York Times” qəzetinin bildirdiyinə görə, cütlüyün ümumilikdə 740 milyonluq sərvəti var. Bu böyük sərvətin hər il gənc ailəyə gətirdiyi qazanc da az deyil. Qəzet bununla bağlı yazır:
Tramp və Kushnerın qurduqları imperatorluq sayəsində hələ də qazanc əldə etdikləri rəsmi sənədlərdə aydın şəkildə  görünür. Cütlüyün mülkiyyətinə “Trump International Hotel”deki hissələr də daxildir. Vaşinqtonda yerləşən bu oteldə İvankanın 25 milyon dollar dəyərində hissəsi var. Ağ evin qonşuluğundakı otelin təkcə ötən il ona 5 milyon dollara qədər pul qazandırdığı güman olunur”.
Əlbəttə, bu məbləğ yalnız bir obyektdən gələn vəsaitdir. Tramp ailəsinin isə dünyanın hər tərəfində xeyli sayda otelləri var. Bu isə İvanka-Jared cütlüyünün də illik qazancının dəfələrlə çox olduğuna dəlalət edir. “New York Times” cütlüyün ümumi illik gəlirləri barədə də konkret rəqəm verir: “Cütlüyün ötən ilki qazanclarının 195 milyon dollar olduğu rəsmi sənədlərlə də öz təsdiqini tapır”.
Sözsüz ki, bu qədər zəngin sərvətə malik birisinin maaşa gös tikməməsinin səbəbi aydındır. Aydın olmayan isə cütlüyün işlərini-güclərini ötürüb Ağ evin kabinetlərində zaman keçirmək istəməsidir.
İlk baxışdan, “İvanka ağıllı qızdır və atasına kömək edir” deyə bilərsiniz. ABŞ mütəxəssisləri isə bu cür “vətənpərvər” nitqlərin əsl niyyəti gizlədən yalan olduğunu bildiklərindən, səbəbi tamamilə ayrı hikmətlərdə axtarırlar. Onların fikrincə, İvankanın “müftə hamballığı”nın səbəbi də kapitalist niyyətdən irəli gəlir. Belə ki, prenses əgər sarayda rəsmi görəvdə təmsil olunarsa, bütün Şərq aləminin yaltaq liderləri ABŞ-a səfərləri zamanında onun otelində qalmaq yarışına girə bilər, bu isə otelin qiymətləri daha da bahalaşdırar və Tramp ailəsinin sərvətlərini artırar.
Bir sözlə, “müftə hamballıq” “quru bəylikdən” qat-qat qazanclı imiş. Və kapitalist dünyasında “müftə hamballıq” olmur.
Heydər Oğuz
Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 1 156          Tarix: 1-04-2017, 20:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma