Xəbər lenti
 

Xəbər verdiyimiz kimi, Azərbaycan  Cibutiyə humanitar yardım göndərib.
 
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardımı yola salıb.
 
Ovqat.com-un AZXEBER.COM-a istinadən verdiyi məlumatına görə, Cibutiyə humanitar yardımı aparan qrupun tərkibində Azərbaycan Dövlət Televiziyasının əməkdaşları da olub. Onlar Cibuti xalqının vəziyyətin və ölkəmizin dəstəyini işıqlandırmaq üçün həmin ölkəyə gediblər. Telekanalın operatoru Namiq Vəliyev və müxbiri Tural Həmidzadə bu ölkəyə yola düşən kimi ilk işləri video çəkib sosial şəbəkədə paylaşmaq olub.
 
Onların bu videosu böyük qəzəblə qarşılanıb. Videoda əməkdaşlar Cibuti ilə zarafatlaşıblar, onlar qeyd edib ki, "Hal hazırda kasıbların az olduğu "Kempinski" oteldəyik. Otel gördüyünüz kimi çox kasıb oteldir. Qardaşcanı "plavki"mizin 70 dollar qiyməti var"
 
Həmin görüntüləri təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 1 130          Tarix: 14-04-2017, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma