Xəbər lenti
B4 vitamini çox əhəmiyyətli bir vitamin olaraq tanınır.
B4 vitamininin digər adı adenindir. Bədənimiz üçün əhəmiyyətli bir vitamin olan B4 vitamini ən çox ağ qan hüceyrələri üçün əhəmiyyətlidir.
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, B4 vitamini qəbul etdikdə ağ qan hüceyrələri yenilənir və bədənin ehtiyacı olan ağ qan hüceyrələrinin meydana gəlməsini təmin edir. Buna görə mütləq qəbul edilməsi lazım olan bir vitamindir. B4 vitamininin az olduğu insanların bədənlərində ağ qan hüceyrəsi miqdarı aşağıdır. Ağ qan ehtiyacını qarşılamaq üçün və ağ qan hüceyrəsi sayını nizamlamaq üçün ehtiyac olan bu vitamininin əslində gündəlik istehlak etdiyimiz qidaların tərkibində olması sevindiricidir.
B4 vitamini kartof, yumurta sarısı və həmçinin meyvələrdə tapılır. Tərəvəzlərdə isə kələm və pomidorda var. B4 vitamininə ehtiyac bundan əlavə, ət istehlakı ilə də təmin edilir. Unutmayın ki, B4 vitamini bədəndə az olarsa, ağ qan hüceyrələrinin səviyyəsində eniş olacaq.



Ana səhifəyə qayıt        Baxış: 1 144          Tarix: 2-05-2017, 13:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma