Xəbər lenti

 Aprelin sonlarından indiyə qədər Yəməndə vəba epidemiyası 115 nəfərin həyatına son qoyub.

 APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) açıqlayıb.

 BQXK təmsilçisi Dominik Stillxart deyib ki, Yəmənin 14 vilayətində 8,5 mindən çox insan vəbaya yoluxub. Son həftə ərzində yoluxanların sayı 3 dəfəyə qədər artıb. Yəməndə xəstəxanalar tam dolub və xəstə axınını qarşılayacaq potensialda deyil.

 Qeyd edək ki, Yəmən hakimiyyəti vəba epidemiyası barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib. Ümumdünya Səhiyyə  Təşkilatı risk zonasında 7,6 milyon insan yaşadığını açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 820          Tarix: 14-05-2017, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma