Xəbər lenti

"Avropa Şurasının monitorinq institutlarına Dağlıq Qarabağ və ona qonşu olan Azərbaycanın yeddi rayonuna məhdudiyyətsiz çıxış imkanı vermək lazımdır".

"Report" "Ukrinform"a istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot mayın 19-da Nikosiyada Avropa Şurasının Nazirlər Komitəsinin 127-ci sessiyasında çıxış edərkən deyib.

O, Rusiyanın Avropa Şurası çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib.

"Rusiyanın beynəlxalq hüquq normalarını pozaraq anneksiya etdiyi Krımda, eləcə də separatçıların nəzarətində olan Ukraynanın şərqindəki ərazilərdə insan haqlarının vəziyyəti böyük narahatlığa səbəb olmaqda davam edir. Artıq İnsan Hüquqları üzrə Komissara və Avropa Şurasının digər monitorinq institutlarına bu regionlara məhdudiyyətsiz çıxış imkanı verməyin zamanıdır", - deyə M.Rot vurğulayıb.

O, eyni fikirlərin Avropa Şurasının bu günə qədər çıxışının olmadığı digər problemli zonalara - istər Gürcüstana məxsus Abxaziya və Cənubi Osetiyaya, istər Dnestryanıya, istərsə də Dağlıq Qarabağ və Azərbaycanın qonşu yeddi rayonuna da aid olduğunu deyib.

M.Rot Avropa Şurasının baş katibi Turbyorn Yaqlandı qətiyyətlə səylərini davam etdirməyə çağırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 763          Tarix: 20-05-2017, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma