Xəbər lenti

"Türkiyənin NATO-nun üzvü olması, Gürcüstanın Avropa İttifaqı ilə assosiativ saziş imzalaması regionda təhlükəsizliyə, sabitliyə, davamlı inkişafa öz töhfəsini verir və digər ölkələrə qarşı deyil".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: Gələcəyə baxış" mövzusunda keçirilən beynəlxalq konsfransda çıxışı zamanı deyib.

O bildirib ki, Cənubi Qafqaz regionunun əhəmiyyətli olduğu məlumdur: "Sabitlik, təhlükəsizlik və davamlı inkişaf bu regiona daha çox lazımdır. Üçtərəfli əməkdaşlıq bir regionda yerləşən ölkələr üçün çox vacibdir. Ermənistanın ortaya qoyduğu ərazi iddiaları, geosiyasi iddialar bu ölkəni əməkdaşlıq imkanından məhrum edir".

O qeyd edib ki, dünyada bəzi məsələlərlə bağlı bir neçə ölkəyə qarşı sanksiyalar tətbiq olunur: "Dünyanın indiki vəziyyətə gəlməsinə səbəb Varşava müqaviləsindən sonra özünü lider hesab edən tərəflərin ədalət prinsipini qoruyub saxlaya bilməməsidir. Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, başqa dəyərlərdən danışmaq normal görünmür”. 

 




Ana səhifəyə qayıt        Baxış: 894          Tarix: 5-06-2017, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma