"Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı öz töhfəsini verir. Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələri bu əməkdaşlığa misaldır".
Ovqat.com-un APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib. O qeyd edib ki, əməkdaşlığın böyük perspektivləri var və bunu davam etdirmək lazımdır.
“Azərbaycan-Rusiya-İran arasında iki il əvvəl yaradılmış Cənub-Şimal dəhlizi ilə bağlı əməkdaşlıq formatının da böyük gələcəyi var. Bu formatlar milli ,iqtisadi, siyasi maraqlar üst-üstə düşdüyü üçün səmərəli olur. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir” - deyə, N. Məmmədov bildirib.
Şöbə müdirinin sözlərinə görə, Türkiyənin NATO-nun üzvü olması, Gürcüstanın Avropa İttifaqı ilə assosiativ saziş imzalaması bu əməkdaşlığı inkişaf etdirməyə mane olmur:
“Əksinə regionda təhlükəsizliyə, sabitliyə, davamlı inkişafa öz töhfəsini verir və digər ölkələrə qarşı deyil. Cənub Qafqaz regionunun əhəmiyyətli olduğu məlumdur. Sabitlik, təhlükəsizlik və davamlı inkişaf bu regiona daha çox lazımdır. Üçtərəfli əməkdaşlıq bir regionda yerləşən ölkələr üçün çox vacibdir. Ermənistanın ortaya qoyduğu ərazi iddiaları, geosiyasi iddialar bu ölkəni əməkdaşlıq imkanından məhrum edir. Dünyada bəzi məsələlərlə bağlı bəzi ölkələrə qarşı sanksiyalar tətbiq olunur. Nə üçünsə Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ məsələsində ədalətli mövqenin ortaya qoyulması çətin olur. Dünyanın indiki vəziyyətə gəlməsinə səbəb Varşava müqaviləsindən sonra özünü lider hesab edən tərəflərin ədalət prinsipini qoruyub saxlaya bilməməsidir. Beynəlxalq münasibətlərdə ədalət yoxdursa başqa, dəyərlərdən danışmaq normal görünmür”.
Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar