Xəbər lenti

Kosovonun Ümumdünya Gömrük Təşkilatına (ÜGT) üzv qəbul edilməsi ilə bağlı Azərbaycan və Rusiyanın, eləcə də bir sıra dövlətlərin mövqeyi üst-üstə düşür.

Bu barədə jurnalislərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, bu məsələ təxminən 1 aydan sonra ÜGT-nin Brüsseldə (Belçika) keçiriləcək toplantısında müzakirə obyekti olacaq.

“Həm Azərbaycanın, həm Rusiyanın, həm də bir sıra digər dövlətlərin ümumi mövqeyi ondan ibarətdir ki, tanınmamış ölkənin hər hansı beynəlxalq təşkilata üzv qəbul edilməsi yolverilməzdir. Bu məsələ bəzi dövlətlərin dəstəyi ilə qaldırılıb”, - deyə A.Əliyev qeyd edib.(“Report”)

 




Ana səhifəyə qayıt        Baxış: 880          Tarix: 14-06-2017, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma