Xəbər lenti

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Gömrük xidməti rəhbərləri Şurasının 65-ci iclası keçirilib.

Virtualaz.org-un məlumatına görə, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan gömrük xidmətləri, həmçinin MDB İcraçı Komitəsinin nümayəndələri iştirak ediblər.

İclasda mövcud gömrük qanunvericiliyi və onun tətbiqi praktikasının təkmilləşdirilməsinə dair bir sıra aktual məsələlər müzakirə olunub.

Tədbir çərçivəsində bir sıra sazişlərin müddəalarının dəyişdirilməsinə yönəlmiş sənədlər təsdiq edilib. Xüsusilə, gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il sazişinə düzəlişlər qəbul edilib. Bu düzəlişlər gömrük xidmətlərinin müraciətlərinə əsasən informasiya mübadiləsinin təşkilinə aiddir. Bu cür mübadilə mərkəzi gömrük orqanları arasında olduğu kimi, bilavasitə ərazi gömrük orqanları arasında da mümkün olacaq.

Azad ticarət zonasının yaradılması haqqında 15 aprel 1994-cü il tarixli sazişin bir sıra MDB iştirakçısı olan dövlətlər üçün qüvvədən düşməsi ilə əlaqədar olaraq, azad ticarət zonasının yaradılması haqqında sazişin iştirakçısı olan dövlətlər arasında hərəkət edən malların gömrük qeydiyyatı və gömrük nəzarətinin qaydaları haqqında 8 oktyabr 1999-cu il tarixli sazişinə və MDB iştirakçısı olan dövlətlərin ərazisində tranzit qaydaları haqqında 4 iyun 1999-cu il tarixli sazişə dəyişikliklər edilməsi haqqında protokol layihələri təsdiq olunub. Şuranın qərarı ilə MDB gömrük orqanlarında risklərin idarə olunması sisteminin idarə olunması, reallaşdırılması və daha da təkmilləşdirilməsinə vahid yanaşmaların bərqərar edilməsi məqsədilə MDB iştirakçısı olan dövlətlərin gömrük orqanlarının fəaliyyətində risklərin idarə olunması sisteminin tətbiqinin nümunəvi qaydası təsdiq edilib.

Sənəddə risklərin idarə olunması sisteminin əsas məqsədləri, vəzifələri, quruluş prinsipləri, risk təhlilinin obyektləri, risklərin idarə olunması sisteminin elementləri, risklərin minimallaşdırılması mexanizmi, həmçinin malların buraxılışından əvvəl və sonra risk profilləri və indikatorları layihəsinin hazırlanmasında və nəzərdən keşirilməsində gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyət qaydası müəyyən olunub. MDB iştirakçısı olan dövlətlərin gömrük xidməti rəhbərləri Malların təsviri və kodlaşdırılmasının harmonikləşdirilmiş sisteminin 6-cı nəşrinə verilmiş izahların rusdilli versiyasının I və II cildlərini təsdiq edib, həmin İzahların rusdilli versiyasının III-V cildlərinin hazırlanması üzrə işin davam etdirilməsi ilə bağlı tapşırıqlar veriblər. Eyni zamanda MDB-nin xarici iqtisadi fəaliyyətinin vahid Əmtəə nomenklaturasına dəyişikliklər də təsdiq olunub.

MDB iştirakçısı olan dövlətlərin Gömrük xidməti rəhbərləri Şurasının növbəti iclası bu ilin IV rübündə Qırğızıstanda keçiriləcək

 




Ana səhifəyə qayıt        Baxış: 914          Tarix: 14-06-2017, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma