Xəbər lenti

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndə heyətinin təmsilçiləri əsir düşmüş erməni hərbçi Zaven Karapetyanı ziyarət edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə BQXK-nın Yerevan nümayəndə heyətinin kommunikasiya proqramları rəhbəri Zara Amatuni bildirib.

Onun sözlərinə görə, görüş iyulun 1-də baş tutub.

Xatırladaq ki, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü - Zaven Karapetyan ələ keçirilib.

 




Ana səhifəyə qayıt        Baxış: 891          Tarix: 3-07-2017, 11:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma