Son günlər Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimlərə başlaması və bunun fonunda Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində aktivləşməsi, eyni zamanda düşmənin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərməsi ciddi bir proseslərin baş verəcəyindən xəbər verirmi?
Bu sual ətrafında BiG.AZ-a danışan hərbi ekspert Üzeyir Cəfərov təlimlərin hər an döyüşə çevrilə biləcəyini bildirib:
“Əslində bu təlimlər 2016-cı ildən planlaşdırılıb. Bu kimi təlimlər hələ də olacaq. Artıq düşmən tərəfi və düşmən ordusu təşviş içərisindədir. Ermənistanda siyasi vəziyyət də stabil deyil, onlar hər bir cəhdlə ölkədəki vəziyyəti cəbhə xəbərləri ilə kölgədə qoymağa çalışırlar. Amma hər kəs bilməlidir ki, Azərbaycan ordusu hərb yolu ilə işğalda olan torpaqlarını azad etməyə qadirdir. Bu kimi təlimlər hər an real döyüşə çevrilə bilər”.
Rövşən Əsədov
Paylaş: