Xəbər lenti

“Tərəflər Qarabağda yeni müharibəyə hazırlaşır və heç kim bunun qarşısını almağa təşəbbüs etmir”.

Publika.az
 xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib.

Onun sözlərinə görə, tərəflərdən biri, yaxud hər ikisi üçüncü ölkənin bu münaqişəni həll etməyini istəyərdi və bu toqquşmanın qarşısını alardı: “Lakin göründüyü kimi, bunu heç kim etməyə hazırlaşmır. Siyasi səbəblər açıq-aşkar ortadadır, münaqişənin güzəştli həlli ilə bağlı heç bir imkan yoxdur. Ermənistan təmas xəttinə qoşun toplayır, Azərbaycan da bunu edir və yüksək səviyyəli hazırlıq aparılır”.

Rusiyalı ekspert vurğulayıb ki, proses qarşısıalınmaz vəziyyətdədir və genişmiqyaslı müharibəyə doğru gedir. 




Ana səhifəyə qayıt        Baxış: 801          Tarix: 11-07-2017, 17:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma