Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
“Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin atəşə tutulduğu nöqtələrə, eləcə də işğalçı ordunun ön mövqelərinə və postlarına zərbələr endirə bilər. Buna hər cür legitim əsas var. Lakin genişmiqyaslı hərbi əməliyyatın keçirilməsi, yəni müharibəyə başlamaq sadə məsələ deyil.”
Bunu Moderator.az -a açıqlamasında politoloq Şahin Cəfərli deyib.
Politoloqun sözlərinə görə, ölkəmizin hərbi əməliyyatlar keçirməyə tam əsası var:
“Əslində işğal olunmuş ərazilərin azad edilməsi üçün hərbi əməliyyat keçirməyə də tam legitim əsasımız var, beynəlxalq hüquq bunu qadağan etmir. Sadəcə olaraq, bəzi reallıqlar var ki, Azərbaycan onu nəzərə almağa məcburdur.
Dağlıq Qarabağ münaqişəsi hansı səbəbdən başlayıbsa və ötən müddətdə Azərbaycan hansı səbəbdən öz torpaqlarını azad edə bilməyibsə, elə indi də həmin səbəbə görə müharibəyə başlaya bilməz. Söhbət Rusiya amilindən gedir. Rusiya 1994-cü il Bişkek razılaşmasından üzübəri müharibəyə yol verməyib və hazırkı şərtlər daxilində də buna imkan verməyəcək. Çox uzağa getməyək, ötən ilin aprel döyüşlərini xatırlayaq. Əgər Rusiya siyasi səviyyədə müdaxilə etməsəydi, yəqin ki, Azərbaycan ordusu hücumlarını genişləndirəcəkdi. Məhz Rusiyanın müdaxiləsi ilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri Moskvaya dəvət olundu və orada atəşkəsin bərpası haqqında razılığa gəlindi. Bundan sonra danışıqlar prosesi tamamilə Rusiyanın patronajlığı altında davam etdi. Qərbdən olan vasitəçilər ABŞ və Fransa qeyri-rəsmi olaraq bu məsələni Rusiyaya həvalə ediblər. Onlar çox yaxşı bilirlər ki, Rusiyanın Ermənistan və Azərbaycan üzərində real təsir imkanları var, üstəlik, Moskva Qərbin bu regiondakı məsələlərə müdaxiləsini qısqanclıqla və aqressiv qarşılayır. Moskvaya deyiblər ki, onda buyur, bu məsələni həll elə, bizim onsuz da başqa problemlərimiz var və Qarabağ məsələsinə qarışmırıq. Yəni münaqişənin həllinə görə məsuliyyət Moskvanın boynuna qoyulub, yaxud başqa cür ifadə etsək, Moskva münaqişənin həllinə görə məsuliyyəti öz üzərinə götürüb. Belə bir vəziyyətdə atəşkəs rejiminin aradan qalxması və müharibənin başlaması Rusiyanın nüfuzuna zərbə olardı. Bu halda münaqişəyə Qərbin, hətta Türkiyənin müdaxiləsi üçün zəmin yaranar ki, bunun nəticəsində Rusiyanın bölgə maraqlarına zərbə dəyər. Bu ssenariyə yol verməmək üçün Rusiya atəşkəsin qorunmasına böyük önəm verir. Hətta daha öncə də dəfələrlə qeyd etdiyim kimi, Rusiya artıq Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Təbii ki, söhbət elə bir həll variantından gedir ki, Rusiyanın bu bölgədə uzunmüddətli maraqları təmin olunsun və Ermənistanla yanaşı, Azərbaycan da Rusiyanın nüfuz dairəsində qalsın.”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar