Xəbər lenti

 

Gecələr baş verən avtomobil qəzalarının əksəriyyətinə sürücünün sükan arxasında yatması səbəb olur. Amma azərbaycanlı gənclərin ixtirası bu problemin qarşısının alınmasına kömək olacaq. Odur ki, onların hazırladıqları eynəyin sükan arxasında yuxulayan sürücülərə köməyi dəyəcəyini demək olar.

Gənc ixtiraçıların hazırladıqları eynək sürücünün yuxuya getməsini 3 saniyə ərzində müəyyən edir və yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir.

Bu gənclər hazırladıqları eynəklə yəqin ki, yaxın zamanda bütün dünyada tanınacaqlar. Onlar belə bir eynəyi düzəltməyə dostlarının ailəsində baş verən hadisədən sonra qərar veriblər.

Eynək göz qapaqlarının yumulmasının yatmaq və ya göz qırpması olduğunu ən gec 3 saniyədə təyin edir. Bundan sonra məlumatı “blutuz” vasitəsilə mobil telefondakı proqrama göndərir və telefon siqnal verərək sürücünü ayıldır.

Gənclər Azərbaycan Texniki Universitetinin “SABAH” qrupunun tələbələridir. (“Xəzər TV”) 




Ana səhifəyə qayıt        Baxış: 978          Tarix: 7-05-2017, 00:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma