Xəbər lenti

  

ABŞ Nümayəndələr Məclisi Xarici Əlaqələr Komissiyası Türkiyənin Şimali Suriya əməliyyatının dayandırılması üçün ölkə prezidentinə və rəsmilərinə, həmçinin Türk müdafiə sənayesi ilə çalışan banklara qarşı sanksiya layihəsini qəbul edib.

Ovqat.com xəbər verir ki, qətnamədə Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemi satın almasına qarşı sanksiyaların tətbiqi ilə bağlı maddələr də var.

Layihə qüvvəyə minərsə, Türkiyə Silahlı Qüvvələrinə Amerika silahlarının satışı dayandırılacaq.

Qətnamənin qüvvəyə minməsindən sonrakı 30 gün ərzində ABŞ Dövlət Departamentinin, Pentaqonun və Milli Kəşfiyyat İdarəsinin bir araya gələrək sanksiyaya məruz qalacaq şəxslərin siyahını tutması tələb olunur.

Qətnamədə ən diqqət çəkən məqam prezident Rəcəb Tayyib Ərdoğanla bağlıdır. Sənəd qüvvəyə minərsə, ən gec 120 gün ərzində ABŞ Dövlət Departamentinin kəşfiyyat xidməti və Xəzinə Departamenti birlikdə çalışaraq Prezidenti Ərdoğanın və ailəsinin (zövcəsi, övladları, valideynləri və qardaşları nəzərdə tutulur) təxmin edilən mülkiyyətləri, gəlirləri və investisiyalarına dair hesabat hazırlamalıdır.

 Qətnamə layihəsində bəzi istisnalar da var: NATO-nun birgə keçirdiyi əməliyyatlar, ABŞ-ın Türkiyə ilə müştərək hərbi planları və Prezidentin "təcili" hesab etdiyi hallar.

Bununla belə, kürd separatçıları qətnamənin qəbuluna sevinməyə tələsməməlidirlər. Çünki sənədin hüquqi qüvvəyə minməsi o qədər də asan məsələyə oxşamır. Nümayəndələr Palatasında təsdiq olunan layihə Senat tərəfindən də təsdiqlənməlidir. Bu mərhələdən keçdikdən sonra ABŞ prezidenti də onu imzalamalıdır. Prezidentin isə veto hüququ var və Türkiyəyə hərbi əməliyyat üçün münbit şərait yaradan Trampın bu hüquqdan yararlanacağı istisna olunmur. ABŞ qanunvericiliyinə görə, prezident 10 gün ərzində qətnaməni ya təsdiq, ya da veto etməlidir. Prezident veto hüququndan faydalansa və ya yenidən baxılması üçün layihəni geri göndərsə, həm Konqres, həm də Senat onu ən azı 2/3 səs çoxluğu ilə qəbul etməlidir ki, bir daha eyni əngəllə qarşılaşmasınlar.

Bir sözlə, qətnamənin hüquqi qüvvəyə minməsi üçün aylarla zaman lazımdır. Türk ordusu isə bu müddət ərzində Şimali İraqda məsələyə nöqtə qoya bilər. Daha sonra hərbi əməliyyatları dayandırar. Qətnamədə isə vurğulanır ki, Türkiyə hərbi əməliyyatları dayandırarsa, bu sənət də hüquqi qüvvəsini itirəcək.

Görünən budur ki, ABŞ Konqresinin çıxardığı bu qətnamə sadəcə Barış pınarı əməliyyatında yer almadıqlarını sübuta yetirmək üçün lazımdır.




Ana səhifəyə qayıt        Baxış: 766          Tarix: 17-10-2019, 08:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma