Xəbər lenti

 

ABŞ Dövlət Departamentinin Siyasi və hərbi əlaqələr üzrə müşavir köməkçisi səfir Tina Kaydanov “Patriot” raket müdafiə sistemlərinin satışı ilə bağlı təklif məktubu ilə Ankaraya gəlib. Məktubda Vaşinqton rəhbərliyinin "Rusiyadan S-400 almaqdan imtina edin" mesajının yazıldığı qeyd olunur.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Türk müdafiə sənayesi istehsalçıları və ABŞ şirkətlərinin Türkiyədəki nümayəndələri ilə bir araya gələn səfir görüşlərinin nəticələri barədə deyib:

“Türkiyənin havadan müdafiəsini gücləndirmək istəməsini başa düşürük. Amma bunu edərkən bütün NATO ölkələrinin Alyans sistemlərilə çalışa bilən təchizat mallarını tədarük etmələri lazımdır. Rusiya silahı bu standartlara cavab vermir. Türk rəsmilərinə çoxsaylı görüşlərimizdə S-400 tədarükü ilə əlaqədar narahatlığımızı bildirdik. “Amerikanın Düşmənlərinə Sanksiyalarla Qarşı Çıxmaq Aktı”nın 231-ci hissəsindəki siyahıda yer alan Rusiya müdafiə sənayesi qurumlarıyla hər hansı mübadilədən imtina ilə əlaqədar Türk hökumətinə təzyiq göstərməyə davam edirik".




Ana səhifəyə qayıt        Baxış: 1 053          Tarix: 1-04-2018, 18:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma