Xəbər lenti

 

"Türkiyəyə S-400 havadan müdafiə sistemini təhvil almağa davam edərsə, “Patriot” təklifimizdən geri çəkiləcəyimizi söyləmişdik.  Bu təklifimiz artıq sona çatdı ".

Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin adı açıqlanmayan bir rəsmisi bu məlumatı yayıb.

CNN-ə açıqlama verən yetkilinin bu xəbəri “Patriot” istehsalçıları və tədarükçüləri tərəfindən nə təsdiq, nə də təkzib olunub.  

İstesalçı firma -  Raytheon Co yetkilləri mövzunun ticari yox, dövlət məsələsi olduğunu bildirərək şərh verməkdən imtina ediblər.

Mütəxəssislər isə “Patriot” təklifinin geri çəkilməsini yalnız bir səbəblə əlaqələndirirlər: Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi satın almasına rəsmi Vashington “Patriot”ların diliylə cavab verir.

 

ABŞ daha əvvəl də Türkiyəni ortaq istehsalçıları arasında yer aldığı F-35 proqramından çıxarmışdı. Bunun üzərinə təyyarənin istehsalçısı olan Lockheed Martin şirkəti Türkiyədə istehsal olunan parçaların ABŞ-da istehsalına başlanacağını açıqlamışdı. Türk şirkətləri isə istehsal zəncirindən çıxarmışdı.

Bununla da Türkiyə ciddi maliyyə itkisinə məruz qalacağı təxmin olunur. ABŞ Müdafiə nazirinin müavini Elen Lordun iddiasına görə, F-35-ün istehsalı layihəsindən ayrılmaqla Türkiyə təkcə hərbi qüdrət baxmından deyil, həm də iqtisadi cəhətdən 9 milyard dollar itirəcək. F-35 layihəsinin itkisi isə 500-600 milyon olacaq.

İndisə Türkiyəyə “Patriot”ların satışının dayandırılması da ABŞ-la qardaş ölkə arasındakı çatları dərinləşdirəcək.

Türkiyən S-400 müdafiə kompelksini almasına ABŞ-ın verdiyi bu sərt təpki hərbi sirlərin qorunması bəhanəsilə əsaslandırılır. Vaşinqtonun iddiasına görə, istər “Patriot” silahlarının, istərsə də F-35-lərin gücü onların texniki özəlliklərinin gizli tutulmasındadır. Rusiyadan S-400 silahları almaqla Türkiyənin öz gizli hərbi bazalarını rus əsgərlərinə açacağından və beləcə, gizlinlərin faş olacağından ehtiyat edilir.




Ana səhifəyə qayıt        Baxış: 703          Tarix: 23-08-2019, 17:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma