Xəbər lenti

 
ABŞ-dakı növbəti prezident seçkilərin Demokrat Partiyasından olan namizədi Co Bayden Rusiyanı açıq təhdid edən bəyanat yayımlayıb.
 
Ovqat.com-un məlumatına görə, bətanatda Co Bayden seçkilərə müdaxilə edəcəkləri təqdirdə Rusiyaya və digər ölkələrə ağır hesab ödəyəcəkləri barədə xəbərdarlıq edib.
 
Baydenin bəyanatında deyilir: "Kremlə və digər xarici hökumətlərə xəbərdarlıq edirəm ki, əgər Prezident seçilsəm, mənim administrasiyam ABŞ seçkilərinə müdaxilə edənlərə ciddi və uzunmüddətli bədəl ödətdirəcək”.
 
O bildirib ki, Amerika seçkilərinə xarici müdaxiləyə "düşmənçilik" akti kimi baxır və bundan sonra da elə baxacaq. Bununla belə, o, qlobal güc mərkəzləri və dövlətlərlə ziddiyyətə getməkdənsə, qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verəcəyini açıqlayıb:
 
 "Mənim Rusiya və ya hər hansı digər ölkə ilə gərginliyi artırmaq niyyətim yoxdur. Mənin administrasiyam bütün enerjisini beynəlxalq birliyin birləşməsinə, Covid-19-la mübarizəyə, iqtisadi yaraları sarımağa və digər narahatedici qlobal problemlərin həllinə sərf etməyə üstünlük verəcək”.
 
Qeyd edək ki, ABŞ-da növbəti president seçkiləri 3 noyabr 2020-ci ildə keçiriləcək. Keçmiş vitse-prezident olan Co Bayden isə əsas şanslı namizədlərdən sayılır.


Ana səhifəyə qayıt        Baxış: 3 857          Tarix: 21-07-2020, 10:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma