Xəbər lenti


Müasir yeniyetmələr daha ambisiyalıdır, özlərinə daha çox dəyər verirlər, sayğı duyurlar və özləri qarşısında daha çətin hədəflər qoyurlar.

“Report” “RİA Nauka”ya istinadən xəbər verir ki, bu qənaətə rusiyalı psixoloqlar gəliblər.
Məlumata görə, araşdırmaçılar 31 il aradan sonra yeni metodika ilə yeniyetmələr arasında sorğu keçiriblər.

Bildirilib ki, çağdaş yeniyetmələr sovet yaşıdlarından həm də daha az məsuliyyətli olmağı ilə fərqlənirlər. Ancaq alimlər bunu problem hesab etmir. Belə ki, onların fikrincə, cəmiyyət uşaqları müstəqillikdən qoyurur, beləliklə, onlara sadəcə bu duruma uyğunlaşmaq qalır.
Bundan başqa, müasir yeniyetmələr “burada və indi” prinsipi ilə yaşayırlar. Onların şəxsi diləklərinin motivasiyası artıb, yaxın çevrənin arzularına isə daha az önəm verilməyə başlanılıb.

Daha bir əhəmiyyətli fərq isə təhsilə yanaşmadadır. Sovet yeniyetmələri təhsilə darıxdırıcı rutin iş kimi yanaşırdılar. Onların müasir yaşıdları isə bu baxımdan daha biliyəmeyilli və fəaldırlar. Onların dərslərdən təəssüratları bir-biri ilə ziddir, lakin həmişə emosionaldır.



Ana səhifəyə qayıt        Baxış: 3 093          Tarix: 18-07-2020, 22:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma