Xəbər lenti

ABŞ və Hindistan Rusiya neftinin ticarəti məsələsinə dair danışıqlar aparıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi "Reuters" agentliyinə məlumat verib.

Danışıqların nəticəsində Hindistanın neft emalı zavodları Rusiyadan xam neft idxalını 50 faiz azaldıblar.

Xatırladaq ki, oktyabrın 15-də ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modinin ona ölkəsinin Rusiya neftini almağı tam dayandıracağına söz verdiyini açıqlamışdı.

Lakin Hindistanın dörd iri neft emalı zavodunun rəhbərləri bildiriblər ki, Trampın bu bəyanatı onlar üçün gözlənilməz olub. Onların sözlərinə görə, Hindistan Rusiya neftinin alınmasını azaltmağa hazırdır, lakin bu prosesi tam dayandırmaq niyyətində deyil.

Hindistanın Xarici İşlər Nazirliyi Tramp və Modi arasında keçirilən danışıqları təsdiqləməyib.




Ana səhifəyə qayıt        Baxış: 39          Tarix: Bu gün, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma