Xəbər lenti

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Con Boltona qarşı məxfi məlumatların qanunsuz ötürülməsi ilə bağlı ittihamlar irəli sürülüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN telekanalı məhkəmə mənbələrinə istinad edərək məlumat yayıb.

Mənbələr bildiriblər ki, onun məxfi məlumatları elektron poçt vasitəsilə həyat yoldaşı və qızı ilə paylaşdığı ehtimal olunur.

Sentyabrın sonunda məlum olub ki, Federal Təhqiqat Bürosunun (FTB) agentləri Boltonun ofisində məxfi sənədlər tapıblar.

Xəbərə görə, ötən ayın əvvəlində FTB əməkdaşları onun evində axtarış aparıb və məxfi məlumatların icazəsiz saxlanması, casusluq barədə qanunun pozulması, habelə milli müdafiə haqqında məlumatların qanunsuz ötürülməsi şübhəsi ilə bağlı kompüterlər, telefonlar və sənədlərlə dolu qovluqları müsadirə ediblər. Müsadirə edilmiş bəzi qovluqların üzərində "Tramp I-IV" yazıları olub.

2018-ci ildə - Tramp ilk prezidentlik müddəti zamanı Bolton milli təhlükəsizlik üzrə məsləhətçi vəzifəsinə təyin edilib. 2019-cu ildə onlar arasında fikir ayrılıqları güclənib və həmin il 10 sentyabrda ABŞ lideri məsləhətçini istefaya göndərib.

2020-ci ildə Bolton "The Room Where It Happened" ("Bu hadisənin baş verdiyi otaq") adlı kitabını nəşr etdirib. Siyasətçinin memuarları bir sıra Amerika prezidentlərinin, o cümlədən Trampın fəaliyyətinə, eləcə də ABŞ-nin Rusiya, Ukrayna, Çin və NATO ilə münasibətlərinin bəzi aspektlərinə işıq salıb.




Ana səhifəyə qayıt        Baxış: 3 230          Tarix: Dünən, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma