Xəbər lenti

 

Avropanın ən nəşəxor millətlərindən biri fransızlar imiş.

Ovqat.com-un bildirdiyinə görə, Fransa Narkotika və İstifadəçiləri Müşahidə Təşkilatının hazırladığı hesabatdan belə çıxır.

Hesabata görə, ölkədə gənclər və böyüklər tərəfindən ən çox istifadə edilən narkotik maddə nəşə imiş.

Sənəddə bildirilir ki, qeyri-qanuni olmasına baxmayaraq, ötən il 11-64 yaş arasında təxminən 17 milyon adam nəşə çəkirmiş. Onlardan, təxminən, 5 milyonu bəzən, təxminən 1.4 milyonu isə ayda ən az 10 dəfə, təxminən 700 min adam isə hər gün bu maddənin dadına baxırmış.

Maraqlıdır ki, fransızların kişiləri kimi qadınları da nəşəxorluqla məşğul olurmuş. 18-25 yaşlı kişilərin 28%, qadınların isə 21%-nin nəşə çəkdiyi ölkə bu göstərici ilə Avropanın digər ölkələrini geridə qoyur.

Baxmayaraq ki, Fransada narkotika istifadəsinə görə cəzalar da az deyil. Nəşəxorları bu ölkədə 1 ilə qədər həbs və 3 min 750 avro pul cəzası gözləyir.




Ana səhifəyə qayıt        Baxış: 1 457          Tarix: 26-06-2017, 23:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma