Xəbər lenti

Prezidentin kürəkəninə qarşı istintaq başlanıldı

ABŞ Prezidenti Donald Trampın baş məsləhətçisi və kürəkəni Cerard Kuşnerə qarşı istintaq başlanılıb.

Publika.az xəbər verir ki, istintaq C.Kuşnerin dövlət idarəsi ilə bağlı gizli yazışmaları şəxsi internet ünvanından göndərməsi səbəbilə açılıb.

Məhkəmə işi Demokratlar Partiyasının üzvü olan Elia Kamminqs tərəfindən başladılıb. E.Kamminqs C.Kuşnerden yazışmaları silməməsini və istintaqın davam etməsi üçün ona təhvil verməsini tələb edib.

C.Kuşnerin vəkili şəxsi internet ünvanından göndərilən mesajların 100-ü keçmədiyini söyləyib. Faktı Ağ Evin sözçüsü Sara Sanders də təsdiq edib.

Qeyd edək ki, Donald Tramp keçən il prezident seçkiləri zamanı Hillari Klintonun xarici işlər naziri işlədiyi dövrdə rəsmi danışıqları şəxsi hesabından aparmasını sərt tənqid etmiş və seçkidə öz xeyrinə istifadə etmişdi.

D.Tramp H.Klintonun bu səbəbdən hətta həbsə girməsini təmin edəcəyini bildirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 782          Tarix: 26-09-2017, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma