Xəbər lenti

“Çox ağır gün olacaq” - ABŞ müharibəyə hazır olduğunu BƏYAN ETDİ

Ağ Ev Şimali Koreyanın raket və nüvə proqramlarının dayandırılması üçün hərbi güc tətbiqini istisna etmir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Birləşmiş Ştatların prezidenti Donald Tramp bildirib.

“Bu çox ağır gün olacaq, amma Amerika Silahlı Qüvvələri belə vəzifəni yerinə yetirməyə hazırdır”, - ABŞ prezidenti vurğulayıb.

Dövlət başçısı həmçinin vurğulayıb ki, öz sələflərindən fərqli olaraq, Koreya Xalq Demokratik Respublikası barəsində ABŞ-ın xarici siyasət strategiyasının təfərrüatları açıqlamağa hazırlaşmır.

“Şimali Koreya özünü pis aparır və onu dayandırmaq lazımdır”, - Tramp qeyd edib.

Eyni zamanda, ABŞ prezidenti ümidvar olduğunu ifadə edib ki, o danışıqların gedişatında nəticə əldə etməyi bacaracaq.

Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib. Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub. Bu, Şimali Koreyanın altıncı nüvə sınağıdır.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, hidrogen bombasının nüvə yükünün gücü 160 kilotona bərabər olub. Bu, 1945-ci ildə Xirosimaya atılmış atom bombasının gücündən 10 dəfə çoxdur. 72 il əvvəl atılan bombanın gücü 15 kiloton təşkil edirdi.




Ana səhifəyə qayıt        Baxış: 734          Tarix: 8-09-2017, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma