Xəbər lenti

Gürcüstan parlamentinin Təhsil, elm və mədəniyyət məsələləri üzrə komitəsinin sədri Mariam Caşi Telavi rayonunun Qaracala kənd məktəbində hicabla bağlı yaranmış insidentə münasibət bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, komitə sədri bildirib ki, məktəb dindən azad olmalıdır: “Qanunvericilik və subyektiv mövqe ondan ibarətdir ki, məktəb siyasət və dindən azad olmalıdır”.

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası isə Qaracala məktəbində hicabla bağlı problemi araşdırmağa başlayıb. Təşkilat məsələ ilə bağlı Ombudsman Aparatına müraciət edəcək.
 
Qeyd edək ki,  adıçəkilən məktəbin direktoru hicablı 7-ci sinif şagirdini məktəbə buraxmayıb. 




Ana səhifəyə qayıt        Baxış: 703          Tarix: 27-09-2017, 17:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma